
İran əleyhinə fəaliyyət göstərən Azərbaycan Respublikasının ANS televiziyasının Tehranda fəaliyyət üçün icazə alması üzrə uğurunun ardınca, bu ölkə kəşfiyyatına bağlı tanımış digər medialarda bu barədə rəqabətə qalxıblar.
APA İnformasiya Agentliyinin məlumatına görə, bu agentliyin rəhbəri Vüsalə Mahirqızı İranın Azərbaycan Respublikasındakı səfiri Möhsün Pakayinlə görüşdə APA-nın İranda jurnalist almaqda maraqlı olduğunu bildirib.
Bu məlumata görə, APA İnformasiya Agentliyi bir müddət bundan öncə İranda ofisini yaratmaq üçün çalışır. Halbuki APA-nın xəbərlər arxivinə baxdıqda bu agentliyin İran əleyhinə, xüsusilə də etnik azlıqların hüquqlarının pozulmasına dair mənfi və əsassız xəbərlər yaymaq və İranı Azərbaycana narkotik maddələrin tranzitində ittiham etməkdə qərəzli olduğu müşahidə olunur.
Bundan öncə farsca bölməsi 2009-cu il fitnəsində xüsusi hərəkətliliyə malik olan Azərbaycan Respublikasının Trend İnformasiya Agentliyi də İranda jurnalist almaq üçün müraciət etmişdi.
İndiyə qədər Azərbaycan Respublikasının müstəqil və islamçı medialarından heç biri mövcud məhdudiyyət və təzyiqlər və maliyyə problemlərinə görə, İranda nümayəndəliyi yaratmaq müraciətini edə bilməmiş, üstəlik Azərbaycan Respublikasında əsasən islami prosesləri əks etdirən Faktxəbər xəbər saytı kimi bəzi informasiya vasitələri maliyyə problemlərinə görə öz fəaliyyətlərini dayandırmışlar.
Bildirilir ki, Azərbaycan Respublikasında halı məlum mediaların İranda ofisi açmaq üçün yeni hərəkətləri ötən ay ANS televiziyasının İranda ofis açmasından sonra başlayıb.
İran əleyhinə ən ağır dezinformasiya, irqçilik, eləcə də təhrif və “Bismillahir-rəhmanir-rəhim”ə hörmətsizlik keçmişinə malik APA icazə aldıqdan sonra bu icazənin alınmasını İranda azərilərin olmasını nəzərə alaraq böyük nailiyyət adlandırıb.