ArxivXəbər lentiXəbərlər

Azərbaycan Mərkəzi Bankının baş müdiri Tehranda

İranın Mərkəzi Bankının baş müdiri İran ilə Azərbaycan Respublikası arasında müştərək pul və bank komitəsinin təşkilini istəyib.

IRIB-nin məlumatına görə, İranın Mərkəzi Bankının baş müdiri Vəliyullah Seyf bazar ertəsi günü Tehranda öz azəri həmkarı Elman Rüstəmov ilə görüşdə daha artıq anlaşmaya nail olmaq və bank əlaqələrinin yaradılmasının sürətləndirilməsi məqsədilə tərəflərin mərkəzi bankları tərəfindən müştərək pul və bank komitəsinin təşkilini istəyib.

Vəliyullah Seyf bildirib ki, iki ölkə arasında xüsusən tərəflərin mərkəzi bankları ilə bağlı bir çox imkanlar mövcuddur. O, deyib ki, hazırkı şəraitdə nüvə anlaşmasından sonrakı atmosferə görə, bank əlaqələrinin gücləndirilməsi üçün münasib zəmin yaradılıbdır.

İranın Mərkəzi Bankının baş müdiri bir daha İran ilə Azərbaycan Respublikasının iqtisadi və maliyyə imkanlarını vurğulayaraq, bildirib ki, iki ölkənin bankları vasitəsilə münasib ticari əlaqələr digər yollardan daha mötəbər olacaqdır.

Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Elman Rüstəmov da bu görüşdə İranda olmasından şad olduğunu bildirərək, deyib: Müstəqil bankın açılması təklifi və ideyası müsbət bir ideyadır və bu barədə müştərək pul və bank komitəsi onun icra yollarını araşdıracaq.

Rüstəmov əlavə edib: İrana səfərdə əsas məqsəd, iqtisadi və bank əlaqələrinin inkişafı və sonrakı addımda Azərbaycan Respublikası banklarının şöbələrinin İranda açılmasıdır.

Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Elman Rüstəmov İranın Mərkəzi Bankının baş müdiri Vəliyullah Seyfin rəsmi dəvətilə bu gün Tehrana səfər edib.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button