ArxivIslamSONXƏBƏRLƏRXəbər lentiXəbərlər
Azərbaycan məscidlərində Məhərrəmin ikinci gününün əzadarlıq mərasimləri keçirilib (FOTO)

Azərbaycanın məscidləri Məhərrəm ayının ikinci günündə əzadarlıq məclislərinin şahidi olub.
Qafqaz.ir xəbər verir ki, hicri-qəməri təqvimi ilə bu gün 1444-cü ilin Məhərrəm ayının üçüdür. Həmişə olduğu kimi ötən gün, yəni Məhərrəm ayının ikisində də Azərbaycan məscidləri təziyə məclislərinin şahidi olub.
Bu məclislərdə axşam namazından sonra İmam Hüseynin qiyamı və Kərbəla faciəsi ilə bağlı xütbələr oxunub. Daha sonra İmamın və əshabının şəninə mərsiyələr oxunub və sinəzənlər deyilib.
Bəzi məscidlərdə mərasimə qatılanlara ehsanlar paylanılıb.