
Givi əhalisi Azərbaycanın polis qüvvələrinin Nardaranda şiələri öldürməsinə qarşı etiraz aksiyası keçirdi.
Qafqaz Mədəniyyət Mərkəzi -Kovsər şəhərinin şərəfli, dindar və hüseynçi əhalisi cümə namazından sonra Kovsər şəhərinin müsəllasının önündə toplaşaraq Azərbaycan polis-təhlükəsizlik qüvvələrinin və deputatlarının ağılsız və təhqiredici hərəkətlərini məhkum etdilər.
Aksiya iştirakçıları bütün beynəlxalq insan hüquqları təşkilatlarından və İran İslam Respublikasının dövlətindən istədilər ki, Azərbaycan hökumətinin İslam müqəddəslərinə, məsum imamlara (ə), dini etiqadlarına qarşı davamlı və təkrarlı hörmətsizlikləri ilə ciddi qarşılaşsınlar.
Etiraz aksiyasında “Amerikaya ölüm”, “İsrailə ölüm” şüarları fəryad edildi.





