ArxivXəbər lentiXəbərlər
Azərbaycan MN: Cəbhədə atəşkəs rejimi 7 dəfə pozulub

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 7 dəfə pozublar.
APA-nın Azərbaycan Respublikası Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Barekamavan kəndində yerləşən mövqelərdən Azərbaycanın Qazax rayonunun Qaymaqlı kəndində yerləşən Azərbaycan Respublikasının mövqeləri atəşə tutulub.
Ağdam rayonunun Sarıcalı, Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Füzuli rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.