ArxivXəbər lentiXəbərlər
Azərbaycan Müdafiə Nazirliyi: Düşmən cəbhədə gecə 7 nəfər itirib

Fevralın 12-ə keçən gecə Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat-təxribat qrupları qoşunların təmas xəttinin müxtəlif yerlərində Azərbaycan Ordusunun mövqelərinə basqın etməyə cəhd göstərib.Müdafiə Nazirliyinin mətbuat xidmətindən FaktXəbər-ə verilən məlumata görə, Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin əvvəlcədən düşməni aşkar etməsi, görülən qabaqlayıcı tədbirlər və qarşı tərəfə vurulan atəş nəticəsində işğalçılar geri çəkilməyə məcbur edilib. İlkin ehtimala görə düşmən 5-7 nəfər itki verib.Azərbaycan Silahlı Qüvvələri heç bir itki verməyib, əməliyyat şəraiti tam nəzarət altındadır. |