ArxivXəbər lentiXəbərlər

Zaqatalada həbs olunanların adları bəlli oldu

Azərbaycan Respublikası hüquq mühafizə qüvvələri tərəfindən həyata keçirilən əməliyyat nəticəsində həbs edilən 6 Zaqatala sakininin adları elan olunub

APA-nın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Azərbaycan Respublikası Baş Prokurorluğu və Dövlət Təhlükəsizlik Xidməti Zaqatala rayonunda həbs edilən altı nəfərin adlarını elan edib. Elşad Musayev, Abakar Qaziyev, İslam Ağalarov, Vüqar Cəbrayılov, Bəşir Həmzəyev və Vaqif Padarov Zaqatalada dini zəmində dözümsüzlüyə təşviq etmək və əhali arasında ixtilaf yaratmaq ittihamı ilə həbs ediliblər.

Məlumatda bildirilir ki, həbs olunanlar vəhhabi olublar və onların mənzillərini axtarış zamanı silah-sursat, eləcə də qeyri-qanuni dini ədəbiyyat aşkar edilib.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button