ArxivXəbər lentiXəbərlər

Lənkəranda distant təhsil problemi: “Bu kənddə telefon və internet yoxdur”

Lənkəranın Bəliton kənd şagirdləri distant təhsildən məhrumdur.
Lənkəran rayon Bəliton kəndində məktəblilər telefon xəttinin yararsız vəziyyətdə olması və internetin zəif sürətlə işləməsi səbəbindən distant təhsildən məhrum qalıblar.
Azərbaycanda koronavirus pandemiyasının yayılmasının qarşısını almaq üçün ölkə ərzazisində bütün təhsil müəssisələrində tətil elan edilib.
Daha sonra Təhsil Nazirliyinin qərarı ilə ölkədə tele-dərslər başlayıb. Lakin bəzi bölgələrdə internet sürətinin zəif olması səbəbindən çətinliklər yaranıb.
Belə çətinliklərin yarandığı yerlərdən biri də Lənkəran rayon Bəliton kəndidir.
Kənd sakini Səfail Baxşıyev sözlərinə görə, kəndin yarısında telefon yoxdur: “Olanlar da yararsız vəziyyətdədir. Telefonlarda olan internet isə adicə səs yazısını 1 günə açır”.
Digər kənd sakini Mahir Əliyev də eyni problemdən şikayətçidir: “İmkanımızda o qədər deyil ki, internet götürüb uşağı müəllimlə danışdıraq. Televizorlar da kanalları yaxşı tutmur deyə heç nədən xəbərimiz yoxdur”.
Digər sakin Şirvan Baxşiyev isə qeyd edir ki, 3 uşağım hazırda təhsil alır və evlərinə telefon xətti gəlmir: “Özümdə də internet yoxdur. Uşaqlar karantin rejimindən sonra təhsil almırlar”.
Toplum.Tv-nin region müxbiri bu barədə Bəliton kənd tam orta məktəbinin direktor müavini Mirəziz Quliyev ilə əlaqə saxlayıb.
Direktor müavini də hazırki durumu təsdiqləyib və o bildirib ki, nəinki məktəblilərin, hətta müəllimlərin də telefon problemi  var.
Qeyd edək ki, Bəliton kənd tam orta məktəbi 2014-2015-ci ildə yenidən inşa edilib və kompüter resursları ilə tam təmin olunub.
Həmçinin Bəliton kəndi ucqar dağ məktəblərindən biri olmasına baxmayaraq son 10 ildə ali təhsil müəssisələrinə qəbul olanların sayı hər il artmaqdadır.
Koronavirus (COVİD – 19) infeksiyasının Azərbaycan ərazisində yoluxma hallarının qarşısının alınması üçün 2020-ci ilin mart ayının 3-dən bütün təhsil müəssisələrində tətil elan edilib. Daha sonra tətil müddəti aprel ayının 20-dək uzadılıb.
Mirzə Sadiq
Lənkəran-Bakı-Lənkəran

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button