ArxivXəbər lentiXəbərlər

Azərbaycan nümayəndə heyəti İrana səfər edəcək

Dekabrın 21-də Tehranda Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının 10-cu iclası keçiriləcək.

İclasda Azərbaycan-İran iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədrləri  iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin və İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezinin rəhbərlik etdiyi nümayəndə heyətləri iştirak edəcək.

İqtisadiyyat və sənaye naziri, Dövlət Komissiyasının həmsədri Ş.Mustafayevin rəhbərliyi ilə rəsmi şəxslər və iş adamlarından ibarət nümayəndə heyətinin dekabrın 21-22-də İrana səfəri çərçivəsində bir sıra görüşlər, Təbriz və Tehran şəhərlərində İran-Azərbaycan biznes forumları keçiriləcək.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button