Aktual

Azərbaycan ordusunda daha bir əsgər ölümü

“N” saylı hərbi hissəsinin əsgəri ehtiyatsızlıqdan hərbçi yoldaşını güllələyib. Azərbaycan Ordusunun əsgəri hərbiçi yoldaşını gülləyib. Hadisə Müdafiə Nazirliyinin Xocavənd rayonunda yerləşən “N” saylı hərbi hissədə qeydə alınıb.

Milli Ordunun əsgəri, 1992-ci il təvəllüdlü Anar Bayram oğlu İbrahimov posta olarkən tabeliyindəki avtomat silahdan ehtiyatsızlıqdan atəş açılıb və güllə onun hərbçi yoldaşı, 1994-cü il təvəllüdlü əsgər Şamxal Vüqar oğlu Cəfərova dəyib. Nəticədə Ş. Cəfərov aldığı xəsarətdən hadisə yerindəcə keçinib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər. Nazirlikdən bildiriblər ki, baş vermiş hadisə ilə bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

islamazeri.az

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button