Azərbaycan ordusunun xidmətdə olan hərbi qulluqçusu Siracov Fətulla Qasım oğlu səhhətində yaranan problemlər səbəbindən dünyasını dəyişib. Faktı Müdafiə Nazirliyindən APA-ya təsdiq ediblər. Qeyd edək ki, F.Siracov “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilmişdi.