Azərbaycan parlamenti İranla əməkdaşlıq memorandumlarını təsdiqləyib

Azərbaycan Respublikası Milli Məclisi bu günkü növbədən kənar iclasında İran İslam Respublikası ilə Azərbaycan arasında imzalanmış bir neçə əməkdaşlıq sənədini təsdiqləyib.
Milli Məclisin bu günkü iclasında deputatlar, Araz çayı üzərində Xudafərin və Qızqalası su elektrik stansiyası və su bəndi layihələrinin icrası , fövqəladə halların qarşısının alınması , məhdudlaşdırılması və baş verdikdən sonra fəsadlarının minimuma endirilməsi, eləcə də gömrük və idarəetmə sahələrində qarşılıqlı yardımlar barədə razılaşmaları təsdiqləyiblər.
İclasda Azərbaycan və İran arasında elektrik satışı üzrə razılaşmanın çərçivəsi, eləcə də iki ölkə arasında dəmiryolu fəaliyyətlərinin koordinasiyası üzrə razılaşma millət vəkilləri tərəfindən təsdiqlənmişdir.
sözü gedən əməkdaşlıq sənədləri Azərbaycan Respublikası prezidenti İlahm Əliyevin cari miladi ili fevral ayının 23-də İran İslam Respublikasına rəsmi səfəri zamanı imzalanmışdı.