ArxivXəbər lentiXəbərlər
İlham Əliyevlə Putinin görüşündə Qarabağ müzakirəsi

Putinlə İlham Əliyevin görüşündə Qarabağ mövzusuna toxunulub
Rusiya prezidenti Vladimir Putinlə Azərbaycanın dövlət başçısı İlham Əliyev Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər. bu barədə Kremilin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov məlumat verib.
Dmitri Peskov, Azərbaycan və Rusiya prezidentlərinin şənbə günü baş tutan görüşündə Qarabağ mövzusuna toxunulduğunu qeyd edib.
O qeyd edib ki, “Əsas olaraq ikitərəfli münasibətlər müzakirə edilib. Bu münasibətlər çoxtərəflidir və münasibətlərimiz detallı şəkildə müzakirə mövzusu olub. Qarabağ mövzusuna da toxunulub”.
Xatırladaq ki, iyun ayının 12-də Bakıda Avropa Oyunlarının möhtəşəm açılış mərasimi baş tutub. Dünyanı heyran edən açılışda Rusiya prezidenti Vladimir Putin də iştirak edib.