ArxivIslamXəbər lentiXəbərlər
Azərbaycan Prezidenti İran Prezidentinə başsağlığı verib

İslamazeri.com xəbər verir ki, başsağlığı məktubunda deyilir:
“Hörmətli cənab Prezident,
Tehran şəhəri yaxınlığında sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.
Allah rəhmət eləsin!
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 8 yanvar 2020-ci il.”
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev digər məktubu ilə Ukrayna Prezidentinə də başsağlığı verib.