ArxivXəbər lentiXəbərlər
Azərbaycan prezidenti İrana fevralın 23-də səfər edəcək

Azərbaycan prezidenti İlham Əliyevin Irana səfərinin tarixi açıqlanıb.
Qafqaz.ir-nın İRNA-ya istinadən verdiyi məlumata görə, İranın rabitə və informasiya texnologiyaları naziri, hökumətlərarası komissiyanın həmsədri Mahmud Vaezi Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevlə görüşündən sonra səfərin fevralın 23-də baş tutacağını deyib.
Onun sözlərinə görə, prezidentin başçılığı ilə nümayəndə heyətinin Tehran səfəri zamanı iki ölkə arasında müxtəlif sahələri əhatə edən 10-dan artıq sənəd imzalanacaq.