Azərbaycan Respublikası xəbər mənbələri Rusiyanın Suriyada İŞİD mövqelərinə hərbi dəniz hücumlarında azərbaycanlı komandirin önəmli rolundan xəbər veriblər.
Səhər Beynəlxalq Televiziyasının Virtual.az saytına istinadla verdiyi məlumata görə, Rusiyanın Hərbi Dəniz Qüvvələri Suriyada İŞİD terror qruplaşmasının mövqelərini hədəfə alıblar və Xəzər dənizində yerləşən 4 rus gəmisi 26 raketi atıb. Bu gəmilərdən birinin komaniri Vüsal Miriyev olub.
Bu arada Azərbaycanın Rusiya və yaxud Türkiyənin bu ikisinin qarşılaşacağı təqdirdə hansının tərəfinə qatılması ilə əlaqədar ziddiyyətli və seçim edə bilməməsi xəbərləri gəlir.
Yeni Müsavat qəzeti yazıb: Azərbaycan Respublikası Türkiyədən 3 milyard dollar dəyərində hərbi helikopterlər satın alır.
Azərbaycan ordusunun istifadə etdiyi helikopterlərin əksəriyyəti Rusiya istehsalıdır. Bununla belə Azərbaycan Respublikasının Türkiyəyə üz tutması belə sualları ortaya qoyur ki, Azərbaycan nə üçün Rusiyanın yerinə Türkiyədən helikopter satın alır?
Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinin sabiq zabit və ekspert Sülhəddin Əkbər bu barədə deyir: Bu gün Azərbaycan Respublikası müharibə şəraitindədir və hamıya aydındır ki, Rusiya həmişə Ermənistanı dəstəkləyir və onun tərəfini saxlayır. Rusiya Azərbaycana satdığı hər bir silahın ən kamil və ən yaxşısını Ermənistana verir. Elə buna görə, Azərbaycan Respublikası bu barədə ehtiyat yolunu tutmalıdır.
Sülhəddin Əkbər bildirib: Əlbəttə bilirik ki, ABŞ və qərb ölkələrindən silah satın almaq bizim üçün mümkün deyil. Çünki onlar Qarabağ münaqişəsinə görə, hərbi silah-sursatı bizə satmaqdan çəkinirlər.
Azərbaycan Respublikasının NATO Parlament Assambleyasındakı heyətinin üzvü Qüdrət Həsənquliyevin başqa rəyi vardır. O Azərbaycan Respublikasının Rusiya ilə müqayisədə Türkiyənin hərbi dəstəyinə söykənməsi barədə deyib: Türkiyə hətta Rusiyanın 90-cı illərdə ən zəif olduğu şəraitdə, Azərbaycan Respublikası vətəndaşlarını Kəlbəcər şəhərindən çıxarmaq üçün iki qeyri-hərbi vertolyotu bizə verməyə cürət etmədi. Türkiyədən belə gözləntilərin olması əbəsdir. Türkiyə özü də ciddi problemlərlə üzləşib. Həmçinin Türkiyənin Azərbaycan Respublikasına görə Rusiya ilə qarşı-qarşıya durmasını təsəvvür etmək sadəlövhlükdür. Türkiyə heç vaxt regional qüdrətə çevrilə bilməyəcək. Türkiyə NATO-nun üzvüdür və NATO və qərbin icazəsi olmadan Dağlıq Qarabağ məsələsinin həllində Azərbaycan Respublikasına kömək edə bilməz. Qərblilər də Ermənistanı dəstəkləyirlər və hətta Rusiyaya Ermənistanı dəstəklədiyinə görə təşəkkür edirlər.
Azərbaycan parlamentinin deputatı Qüdrət Həsənquliyevin qənaətincə, Azərbaycan Respublikası Rusiya ilə ortaq dil tapmağa çalışmalıdır. Rusiya ilə danışıq aparmalıyıq. Enerji barəsində də Rusiya ilə anlaşa bilərik. Azərbaycan Respublikası Avrasiya İttifaqında üzvlüyü qəbul edə bilər.
Belə açıqlamalar bir neçə gündür ki, Azərbaycanın mətbuat və siyasi dairələrini zəbt etmişdir. Zamanın keçməsi qonşuluğunda Rusiya divarını görən və özünü zahirdə tərəfsiz göstərməyə çalışan kiçik Azərbaycanın qərbə yönəlməni seçəcək yoxsa məcburi şəkildə şimala üstünlük verəcəkdir?