Islam

Azərbaycan vəhhabilərinin başçılarına xəbərdarlıq!!!

Ayətullah Seyid Həsən Amili Ərədəbilin cümə namazı xütbəsində Azərbaycan vəhhabilərinin başçılarından birinin sözləri ilə bağlı dövləti və xalqı ayıq olmağa çağırdı.

Ötən həftə Azərbaycan vəhhabilərinin başçılarından biri (və Ərəbistanın baş müftisi) təkfirçi terroristlər və cihada çağıran vəhhabi müftilərinə qarşı danışıb və deyib: Biz təkfirçi yox, sələfiyik.
Ayətullah Amili bu azərbaycanlı vəhhabinin sözlərini tənqid edərək deyib:
Bu şəxs ya Məhəmməd ibn Əbdülvəhhaba tabedir, onu qəbul edir, ya da yox. Əgər tabe deyilsə, demək vəhhabi deyil və Məhəmməd ibn Əbdülvəhhabı qəbul etmir. Əgər ona tabedirsə, onu qəbul edirsə bu halda heç bir şübhəsiz o əsil təkfirçi vəhhabidir.
Seyyid Həsən Amili belə əlavə etdi: Məhəmməh ibn Əbdülvəhhabın fətvalarına, kitablarına, xüsusi ilə “Kəşful-şübəhat” və “Əldurərul-səniyyə” kitablarına müraciət etdikdə onun hamını təkfir etdiyi məlum olur. Məhəmməd ibn Əbdülvəhhabın təkfiri elə bir təkfirdir ki, hətta İbn Teymiyyə və şagirdi İbn Qəyyim də belə təkfiri qəbul etmir və inkar edirdilər.
Məhəmməd ibn Əbdülvəhhab “Əldurərul-səniyyə” kitabında (c.1, s.266) deyir: Bizim dövrümüzdə şirk bütün dünyanı bürüyüb.
O dörd məzhəbin kitablarını şirk kitabları hesab edir. (“Əldudərul-səniyyə”, 2/59) O təkid ilə bildirir ki, İslamın əvvəlindəki müşriklər indiki müsəlmanlardan daha yaxşıdırlar. O həmin kitabda deyir: “Mənim sözlərimi anladıqda və insanların vəziyyətini gördükdə biləcəksən ki, müsəlmanların küfr və şirki Peyğəmbərin (s) döyüşdüyü müşriklərin şirk və küfründən daha pisdir.” (1/160)
Əbdülvəhhab bir şəxsin canı və malının toxunulmazlığı üçün onun Allahın birliyinə şəhadət verməsinin kifayət bilməyən yeganə şəxsdir. (həmin mənbə, 1/145). O bildirir ki, Məkkə və Mədinə küfr diyarıdır və bu şəhərin əhalisi İslama arxa çevirib. (həmin mənbə, 9/285)
Onun təkfir barəsində ən dəhşətli sözlərindən biri belədir: “Hər kəs mənim dəvətimi qəbul etdikdən sonra ata-babalarının müsəlman olduğunu iddia etsə, onu tutub tövbə etməsini tələb etmək lazımdır. Əgər tövbə etsə, heç. Yox, əgər tövbə etməsə boynunu vurmaq və bütün mülkünü müsəlmanlar arasında paylamaq lazımdır!” (həmin mənbə, 10/431)
O hamıdan daha çox İslam alimləri ilə vuruşub, çox az sayda alimlər onun təkfirindən amanda qalıblar. O İbn Ərəbi kimi alimi təkfir edir və onu təkfir etməyən, yaxud, bu barədə şəkk edən hər şəxsi kafir bilir və qanını halal hesab edir. Əbdül-vəhhab “Əl-kəbir” təfsirinin müəllifi İmam Fəxr Razini də təkfir edib.
O hətta qaranlıq məsələlərdə də müsəlmanları təkfir edir, qanlarını halal bilir. Məsələn tövhidçi olan, lakin tövhidin qədrini bilməyən şəxsin qanını halal bilir. (“Əldurərul-səniyyə”, 2/22)
Odur ki, Əbdül-vəhhabın davamçılarının əhli-sünnənin dörd məzhəbindən birinin banisi olan İmam Əbu Hənifəni kafir adlandırmaları təəccüblü deyil.
Əgər İslam insanları bu həddə təkfir etsə, müsəlman tapılarmı?!
Vəhhabilik təkfirdə o qədər ifrata varıb ki, böyük alimlər deyirlər: Əgər vəhhabiliyi bir kəlmə ilə tərif etsək, bu kəlmə “təkfir” kəlməsi olacaq.
Əhli-sünnənin böyük alimlərindən olan Zəhavi öz kitabında yazır: Bir şəxs vəhhabiliyin həqqiqəti və hədəfi barəsində sual versə və biz ona vəhhabiliyin həqiqət və hədəfinin bütün müsəlmanların təkfiri olduğunu desək, bu halda qısa da olsa ən düzgün cavabı vermiş olacağıq.
Demək, nə ərəbistanlı müftinin, nə də azərbaycanlı vəhhabinin yuxarıda qeyd etdiyimiz sözü səmimi deyil, nifaqdır. Onların sözlərinin səmimiliyinə yalnız bir halda inanmaq olar ki, Məhəmməd ibn Əbdül-vəhhabın özünü inkar etsinlər. Onlar isə heç vaxt bu işi görməzlər.
Vəhhabilər şiə məzhəbində təqiyyə olduğu üçün şiəni kafir hesab edirlər. Lakin özləri təkfir şöləsini güclərinə və zəifliklərinə uyğun olaraq nizamlayırlar. Ərəbistanlı böyük alim cənab Həsən Fərhan Maliki deyir: “Vəhhabilər zəif olduqda onların təkfiri də zəifləyir, güc əldə etdikdə isə təkfirləri güclənir, hamını kafir elan edirlər. Bütün bunların səbəbi onların əqidəsində və insaflarında yox, təqiyyə və siyasətlərindədir. (“Daiyə” s.137)
Biz özlərinin təkfirçi olmadığını iddia edən ərəbistanlı müfti və azərbaycanlı vəhhabi axunda Sədinin şeiri ilə cavab veririk:
Kim desə qarğa da qartal kimidir,
Onu eşitməzlər, gözlər açıqdır. (farsçadan tərcümə)
Qeyd edək ki, vəhhabilərin böyükləri son günlərdə iki səbəbə görə vəhhabiliyə və təkfirçiliyə zidd sözlər danışırlar. Birincisi dünyada təkfirçi vəhhabi düşüncəsinə yaranmış böyük nifrət dalğasıdır. Ikincisi isə Suriya və İraqdan Ərəbistana gələn saysız-hesabsız cənazələrdir. Xalq onların cavanlarını müsəlmanlarla döyüşə göndərən, öz övladlarına isə “cihad” icazəsi verməyən vəhhabi müftilərin bu əməlindən çox narahatdır.

yazidan istifadə zamanı qafqaz.ir-in saytına istinad vacibdir …!

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button