ArxivXəbər lentiXəbərlər

Azərbaycan R-da “Hizmet” hərəkatının tabeliyində olan bir universitet bağlanıb

Azərbaycan Respublikasında Fəthullah Gülənin başçılıq etdiyi “Hizmet” hərəkatının tabeliyində olan bir universitet bağlanıb.

IRIB-nin məlumatına görə, Azərbaycan Respublikasının Təhsil Nazirliyi bu gün bu xəbəri təsdiq edərək, bildirib ki, Qafqaz Universitetinin tələbələri bu ölkədəki digər universitetlərə köçürüləcəklər.

Digər tərəfdən, Bakıda çıxan Zaman qəzeti və qəzetin internet saytı da son uğursuz Türkiyə çevrilişilə bağlı bağlanıbdır.

Qəzetin təsisçiləri bildiriblər ki, regiondakı son həssas cərəyanlara və onların Türkiyə-Azərbaycan dostluq və qardaşlıq əlaqələrindəki təsirinə görə, bu qəzetin və onun saytınını bağlanması haqda qərar qəbul edilib.

1991-ci ildən çıxan bu qəzet Türkiyədə çıxan Zaman qəzetinin tabeliyində olan qəzet sayılırdı.

Bu məlumata görə, Azərbaycan Respublikasının Rabitə və İnformasiya Nazirliyi də bazar ertəsi günü jurnalist Qənirə Ataşovanın Fəthulah Güləndən müsahibə alması səbəbindən ANS telekanalının yayımını kəsdi.

Qeyd edək ki, Türkiyə dövləti cümə günü gecə bu ölkədə baş vermiş uğursuz çevrilişi Gülənin tərəfdarlarına aid edir.

Hizmet hərəkatının lideri də bir bəyanatda bu çevrilişi pisləyərək, rəsmi Ankaranın ittihamlarını rədd edibdir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button