ArxivXəbər lentiXəbərlər

Azərbaycan R. prezidenti Hacı Cavad məscidilə bağı araşdırmanın aparılmasını istəyib

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Bakının Yasamal rayonu Abdulla Şaiq küçəsi 79 ünvanında yerləşən Hacı Cavad məscidinin sökülməsi ətrafında yaranan vəziyyəti araşdırmaq üçün xüsusi komissiyanın yaradılması barədə tapşırıq verib.

Qafqaz.ir APA-ya istinadlı məlumatına görə, bu haqda Azərbaycan Respublikas prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov məlumat verib. Onun sözlərinə görə, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Hacı Cavad məscidinin sökülməsi ilə bağlı yaranmış vəziyyətdən narahat olub. O, narazılıq edən inanclı insanların reaksiyasını nəzərə alaraq məscidin söküntüsünün dayandırılması, məsələnin hərtərəfli araşdırılması, binanın texniki vəziyyətinin qiymətləndirilməsi və müvafiq təkliflərin təqdim olunması məqsədilə xüsusi komissiyanın yaradılması barədə tapşırıq verib.

O, əlavə edib: Azərbaycan Respublikası istiqlaliyyət əldə etdikdən sonra dini-mədəni irsin qorunub saxlanması, din və vicdan azadlığının təmin olunması, dövlət-din münasibətlərini tənzimləyən qanunvericiliyin müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsi, dini abidələrin, məscidlərin bərpa olunması, hər bir şəxsin dini ehtiyaclarının ödənilməsinə zəruri şəraitin yaradılması dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edib.

Əli Həsənov həmçinin Azərbaycan Respublikasının mərhum prezidenti Heydər Əliyevin yararsız vəziyyətə düşmüş məscidlərin bərpası və yenidən qurulmasına diqqət yetirdiyinə və Bibiheybət məscid-ziyarətgahının yenidən tikilməsinə işarə edib və bildirib ki, dini məkanların bərpa işləri sonrakı dövrdə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və Heydər Əliyev Fondu tərəfindən davam etdirilib. Təzəpir məscidi, İçərişəhər Cümə və Həzrət Məhəmməd məscidləri, Əjdərbəy məscidi, Şamaxı Cümə məscidi, Gəncə “İmamzadə” kompleksi və digər dini abidə və məscid dövlət tərəfindən təmir və bərpa edilib.

Əli Həsənov İlham Əliyevin məscidin söküntüsünün dayandırılması ilə bağlı tapşırıq verdiyini bildirib və vəziyyətin araşdırılması ilə bağlı müvafiq komissiyanın işə başladığını nəzərə alaraq, həmin ərazidə toplaşan insanları təmkinli olmağa çağırıb.

Qeyd edək ki, Bakının Sovetski məhəlləsində yerləşən tarixi “Hacı Əbdurrəhim Bəy” məscidi bələdiyyənin abadlıq planları hüdudlarında yerləşməsi səbəbindən çərşənbə axşamı günü gecə uçurulub. Qərara alınmışdı ki, dünən tarixi “Hacı Cavad” məscidi də abadlıq planlarının genişləndirilməsi bəhanəsilə dağıdılsın, lakin dindarların bu məscidin qarşısına toplaşmaları ilə indiyədək bu məscid uçurulmayıbdır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button