Aktual

Ağstafada azan qadağası

Ağstafa sakini Vüsal Zeynalov bildirib ki, rayonda 4 ilə yaxındır ki, sübh azanı oxunmur
 Onun sözlərinə görə, Ağstafa Rayonunun İcra Hakimiyyətində işləyən Şaiq Qurbanov məscidin yaxınlığında yaşadığı üçün sübh azanının verilməsinə mane olur.

Qeyd edək ki, qonşu Qazax, Tovuz, Gəncə və Gədəbəy rayonlarında azan verilir. Bu hal isə möminlər arasında haqlı olaraq etiraza səbəb olub.

«Problemlə bağlı internet saytlarından birində keçirilən səsvermənin nəticələrinə görə, Azərbaycan əhalisinin 99 faizi azanın verilməsini istəyir. Yaranmış vəziyyətlə bağlı biz Azərbaycan Prezidenti Administrasiyasına, ölkə başçısının qaynar xətt xidmətinə və bir neçə aidiyyatlı qurumlara məlumat vermişik. Lakin təəssüflər olsun ki, məsələnin çözümü üçün heç bir tədbir görülməyib»,- deyə V.Zeynalov bildirib./İslamınsesi.az

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button