ArxivXəbər lentiXəbərlər

Azərbaycan Respublikası Küveytdəki terror hücumunu pisləyib

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Küveytdəki terror hücumunu pisləyib.

APA xəbər agentliyinin məlumatına görə, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti bir bəyanat yayıb, iyunun 26-da Küveytdəki bir məsciddə törədilmiş terror hücumunu pisləyərək, hadisədən zərərçəkənlərin ailələrinə başsağlığı verib.

Bu bəyanatda həmçinin deyilir ki, Azərbaycan Respublikası dünya ictimaiyyətinin terrorçuluqla mübarizə üzrə səylərini ciddi surətdə dəstəkləyir və terrorçuluqla mübarizədə Küveyt xalqı ilə öz həmrəylik və yekdilliyini elan edir.

Ötən cümə günü bir kamikadze Küveytin Səvabər məntəqəsindəki İmam Sadiq(ə) məscidinə daxil olub, özünü partlatmaqla oruc ağızlı namazqılanlardan 27 nəfərin şəhid olması, 200-dən yuxarı insanın isə yaralanması və ya zədələnməsinə bais olub.

Bu faciədə 3 iranlı şəhid olub, 11 iranlı da aldığı yaraya görə, Küveyt xəstəxanalarına yatırılıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button