ArxivXəbər lentiXəbərlər
Azərbaycan Respublikası OPEK iclasına dəvət olunub

Neft ixrac edən ölkələr təşkilatı- OPEK Azərbaycan Respublikasını üzv və qeyri-üzv ölkələrin yüksək səviyyəli rəsmilərinin iclasında iştiraka dəvət edib.
Azərtac-ın məlumatına görə, Azərbaycan Respublikası Energetika Nazirliyinin İctimai Əlaqələr Şöbəsi bu gün bildirib ki, OPEK Azərbaycan Respublikasını təşkilata üzv və qeyri-üzv ölkələrin yüksək səviyyəli rəsmilərinin iclasında iştiraka dəvət edib.
Bu iclas oktyabrın 28-dən 29-dək Avstriyanın Vyana şəhərində keçiriləcək.
Qeyd edək ki, Azərbaycan Respublikası prezidenti şənbə günü OPEK-ə üzv olmayan neft istehsal edən ölkələrin neftin beynəlxalq qiymətinin artması üçün həmkarlıq etmələrini istəmişdi.