ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər
Zaxarova: “Azərbaycanla Ermənistan arasında danışıqların növbəti mərhələsi Rusiyada keçiriləcək”

Qafqaz Həqiqətləri informasiya agentliyi “Report”-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə deyib.
Onun sözlərinə görə, hər iki tərəf buna razılıq verib:
“Rusiyanın Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin hazırlanmasına yardım göstərmək istiqamətində səyləri zəifləmir”.
Ancaq Zaxarova danışıqların nə vaxt baş tutacağını açıqlamayıb.