ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər
İrəvanda etiraz aksiyası böyüyür

Ermənistanın paytaxtı İrəvanda vətəndaş itaətsizliyi ilə müşayiət olunan etiraz aksiyaları davam edir.müxalifət tərəfdarlarının səhər saatlarında şəhərin bir çox körpü və yollarını bağladığı deyilir.
aksiya iştirakçıları İrəvanın “Kiyev” körpüsünü betonqarışdıran maşınlarla bağlayıb.
Əraziyə çoxsaylı polis qüvvələri cəlb olunub. Onlar yolu açmağa cəhd göstəriblər. Bundan başqa, Baqramyan prospekti və Orbeli küçəsi də bağlı qalır.
Etirazçılar “Nikolsuz Ermənistan” şüarı səsləndirirlər.