ArxivmədəniyyatSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Azərbaycan Respublikasında Firdovsinin «Şahnamə» kitabının tərcüməsi yenidən çap edilib

Firdovsinin «Şahnamə» kitabının azəri dilinə tərcüməsinin birinci cildi doqquz yüz səhifədə Bakı şəhərində yenidən çap edilib.

Qafqaz.ir xəbər verir ki, Azərbaycan Respublikasının məşhur şərqşünaslarından olan mərhum professor Əlizadə tərəfindən otuz il müddətinə nəzm dili ilə azəri dilinə çevrilən bu kitab ilk dəfə 2005-ci ildə İran İslam Respublikasının Bakıdakı mədəniyyət mərkəzi tərəfindən nəşr olunmuşdu.

Firdovsinin «Şahnamə» kitabının azəri dilinə tərcüməsinin tükənməsinə və Azərbaycan Respublikasının universitetləri və elmi mərkəzlərində bu zəngin ədəbi mənbəyə ehtiyacın olmasına görə, onun yenidən çap edilməsi barədə qərar çıxarılıbdır.

Kitab yerli «Nurlar» nəşriyyatı tərəfindən beş yüz nüsxədə bir daha nəşr edilib.

Bu çox dəyərli əsər Azərbaycan Respublikasın şairlər cəmiyyətinin sədri və fars dilinin görkəmli ustadlarından olan professor Şahin Fazil tərəfindən redaktə edilibdir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button