AktualAktualArxivXəbər lentiXəbərlər
Azərbaycan respublikasında tarixi təhrif etmə prosesi davam edir+fotolar

Azərbaycan respublikasında tarixi təhrif etmə prosesi tam sürətlə davam edir. Azərbaycan respublikası milli təhlükəsizlik ali şorasının katibi Ramiz Mehdiyev son zamanlar buraxdığı kitabda Nadirşah Əfşarı türk-Azərbaycan imperatorlarından biri kimi təqdim etmişdir. O, ötən il Şahismayıl və Səfəvilər haqqında da analoji kitab buraxmışdı. Qafqaz mədəniyyət mərkəzinin azərilərə aid vebsaytlardan nəql edərək verdiyi raporta əsasən R. Mehdiyevin “Nadirşah Əfşar və diplomatik danışıqlar” adlı kitabının Bakıda keçirilən təqdimat mərasimində deyilmişdir ki, bəziləri Şahismayılı, Nadirşahı və Ağaməhəmmədxanıİran şahları kimi qələmə verməyəçalışır. Bu mərasimdə Azərbaycan milli elmlər akademiyası tarix institunun direktoru Yağub Mahmudov bəziləri internet məkanında Azərbaycan şəxsiyyətlərinə ləkə gətirmək istəyir deyə bildirərək Erməni tarixçilərini də tənqid etmişdir. O demişdir: bu mövzunu nəzərə almalıyıq ki, Azərbaycan şahları bu günküİranı və digər ölkələri idarə edirdilər. Milli elmlər akademiyasışərqşünaslıq fondunun direktoru Gövhər Baxşəliyeva da bu mərasimdə bildirmişdir ki, İran tarixşünaslıq ədəbiyyatında Nadirşahla əlaqədar 23 kitab və traktat çap olmuş vəİranın yeni tarixşünaslığında bu sahədə yeni axtarışlar aparılmaqdadır. O demişdir: İranda Nadirşah haqqında iki görüş mövcuddur: Birinci görüş müsbət yanaşaraq ona ölkənin vəİran dövlətçiliyinin xəlaskarı kimi baxır. O biri görüş isə onu ömrünün son illərindəki əməllərinə görə qınayır. Əslində isə Nadirşah Türk birliyi (pantürkizm!?) düşüncəsini daşıyır və bizim dövlətçiliyimizin(!?) formalaşmasında əhəmiyyətli rol oynayırdı. O, sözlərini davam etdirmişdir: Tarixdə Nadirşah, türk əsilli olduğu inkar edilməsə dəİran imperatoru kimi təqdim olunur. Lakin onlar Nadirşahın İran dövlətçiliyinin xidmətində olduğunu bildirirlər. Nəzərə gəlir ki, Bakının yüksək rütbəli rəsmilərinin tarixi aşkarcasına təhrif etmək yolu ilə dövlətçilik ənənəsi saxtalaşdırmağa çalışmalarıəllərinin boş olduğunu göstərir. Bütün beynəlxalq mənbələr Nadirşahıİran padişahı kimi qəbul edir. Bakının tarix saxtakarları Nadirşahın özünü Azərbaycan imperatoru kimi təqdim etməsinə dair bir fakt, bircə rəsmi məktub belə verməyə qadir deyillər. Bu iddianın əksinə olaraq Nadir Məşhəd şəhərini paytaxt seçib İran padişahı adına pul kəsdirmişdir. Nadirin Şahı adlanan sikkələrində bu şeir həkk olunmuşdur. Avropanın tarixşünaslıq ədəbiyyatı da belə bir iddianı qəbul etmir. Bakı rəhbərləri kiçik və neçə on illik bir ölkə olduqlarını qıbul etmək istəmirlər. Həmişəözlərinə dövlətçilik tarixi kəşf etməyəçalışırlar. Indiyə kimi və 1990-cı ildən qabaq Azərbaycan krallığı adından imzalanan heç bir beynəlxalq müqavilə yoxdur. Bunun özu tarixşünaslıq xulyasını göstərir. Qeyd etmək lazımdır ki, Nadirşah da digər bir sıra şahlar kimi türk dilli idi. Lakin onun türkdilli olması türk padişahlığı demək deyildir. İran sistemi çərçivəsində iqtidarıələ keçirən siyasətçi və hökmdarlar İran dövlətçiliyinin varisi olur və onların etnik mənsubiyyətlərinin heç də qurduqları hökumətə dəxli yox idi. Qəznəvilər və Səlcuqlar kimi bəzi türk padişahları qanunilik qazanmaq üçün öz nəsəblərini qədim İran şahlarına bağlayırdılar. Nadirşah dövrü İran tarixinə aid Avropa mənbələrindən biri “The sword of Persia” (Iran qılıncı) kitabıdır ki, Nadir dövrünə aid tarixi ehtiva edir. Aşağıdakışəkillər Azərbaycan respublikası milli elmlər akademiyasında R. Mehdiyevin Nadişah Əfşar, diplomatik danışıqlar adlı kitabının təqdimat mərasimini göstərir.