
Ərdəbil əyalətinin polis rəisi: “Ötən il Ərbəin mərasimi ərəfəsində 1200 Azərbaycan Respublikası vətəndaşı Ərdəbildən Kərbəlaya yola salınmışdır.”
Qafqaz Mədəniyyət Mərkəzi – Huşəng Şahbazi Ərbəinlə bağlı Ərdəbildə keçirilən iclasda deyib: “Ötən il Ərbəin mərasimi ərəfəsində 1200 Azərbaycan Respublikası vətəndaşı Ərdəbildən Kərbəlaya yola salınmışdır. Bu il ərdəbilli zəvvarların 10 minə çatması gözlənilir”.
H. Şahbazi bildirib ki, ərdəbilli və Azərbaycan Respublikasından Kərbəlaya getmək məqsədilə Ərdəbilə gələn zəvvarların ehtiyaclarını təmin etmək üçün əyalət səviyyəsində heç bir problem yoxdur. Həmçinin gözləntimiz budur ki, ötən illərdə olduğu kimi Ərdəbil əhalilsi Divaniyyə, Samira, Biləsuvar və Seyid Məhəmməd məntəqələrində mokəb və heyətlər təşkil edərək Ərbəin zəvvarlarına xidmət göstərəcək.