Arxiv

Azərbaycan Respublikasının İran ilə əlaqəsinin korlanmasında Kim maraqlıdır?

İran İslam Respublikasının xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Abbas İraqçı İran və Azərbaycanın qarşılıqlı mənafeyinin təmin olunmasını əlaqələrin hər tərəfli olmasına şərtləndirib.

Bu belə bir haldadır ki, qeyri rəsmi məlumatlar rəsmi Bakının İran İslam Respublikasının dövlət televiziyasının Bakı nümayəndəliyinə qarşı təzyiqlərinin artmasından xəbər verir.
Rəsmi Bakının bu hərəkəti ölkədə sosial narazılıqların artması o cümlədən Sovetski məhləsində etirazlar yaxud Bakı Dövlət Universitetində narazılıqların baş qaldırması fonunda baş verir.
Rəsmi Bakı belə düşünür ki, 2015-ci ildə birinci Avropa oyunları ərəfəsində alternativ informasiya çatdırma vasitələrini susdurmaq lazımdir. Ancaq əslində dövlət məmurları bundan qafildirlər ki, bu günkü zəmanədə rəsmi informasiya qaynağları daha arxaınlıq verən vasitə sayılırlar. Zira, televiziyaların rəsmi nümayəndələri olmayan ölkələrdə qeyri rəsmi qaynağlara o cümlədən sosial şəbəkələrdə yayılan video xəbərlərə etibar edib o xəbərləri yaymaları labüddür. Belə olan halda İran televiziyalarının Bakıda rəsmi nümayəndəsi olmayan halda hətta bu az müddətdə də olsa belə bu Azərbaycan Respublikası hökumətinin də xeyrinə olmayacaq. Çünki, belə olan halda İran televiziyaları Azərbaycan xəbərlərini sosial şəbəkələrdə yayılan və heç bir süzgəcdən keçirilməyən məlumatlardan təmin etməli olacaqlar.
Bakı tərəfindən İran televiziyasına qarşı təzyiqlərdən əvvəl isə Azərbaycan Respublikası hökuməti İmam Xumeyni adına İmdad Komitəsinin Azərbaycan Respublikasındakı filiyalını 20 humanitar fəaliyyətdən sonra keçən həftə qapatdı!
Bu qəbildən olan hərəkətlər Azərbaycan Respublikasının İran ilə əlaqələrinə mənfi təsir edib, əlaqələri korlayır. Bu arada Ermənistan və sionist rejim hər ikisi Azərbaycan Respublikasının İranla əlaqəsinin korlanmasından razı qalırlar. Zira Ermənistan Azərbaycan Respublikasının İranla əlaqəsinin korlanmasından divident qazanır və Sionist rejim isə bu şəraitdə Azərbaycanı daha da sionistlərə asılı etməkdə müvəffəq olur.
Bu arada SəhərTV-nin xəbərlər bölməsi məlumat verib : “İran İslam Respublikasının xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Abbas İraqçı İran və Azərbaycanın qarşılıqlı mənafeyinin təmininin şərtini iki ölkə əlaqələrinin hər tərəfli olmasında görür.
İİR xarici işlər nazirinin müavini SəhərTV-yə verdiyi açıqlamada deyib: əməkdaşlıqların hərtərəfli olması hər iki ölkənin mənafeyini təmin edəcək.
Abbas İraqçı iki ölkə əlaqələrinin uzun keçmişə və iki ölkə xalqlarının bir-birinə müsbət münasibətə malik olmasını da vurğulayıb.

Azərbaycan R-nın İranla əlaqələrinə təfriqəsalmanın təzahürü

Azərbaycan Respublikası dövləti bu ölkə rəsmilərinin dəfələrlə İranla əlaqələrin genişlənməsindən danışdıqları bir halda, müxtəlif yollarla İranla əlaqələr səviyyəsini azaltmağa israr edir.
Bakının İranla əlaqələri azaltmaq üzrə hərəkətinə sonuncu nümunə, İmam Xomeyni(r.ə.) adına İmdad Komitəsinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin bağlanması olubdur.
Bundan qabaq Bakıda İmam Əli(ə) adına klinika bağlanmışdı. Ondan qabaq Bakıda böyük Əl-Hoda kitab mağazası bağlanmışdı. Ondan öncə də İranın Naxçıvandakı Mədəniyyət Mərkəzini bağlamışdılar.
Daha ondan qabaqkı illərdə də Azərbaycan Respublikasında dini elmləri tədris etmək üçün yaradılmış dini elmlər üzrə tədris mərkəzləri bağlandılar.
Son illər ərzində Azərbaycan Respublikası dövləti həmçinin bu ölkə vətəndaşı olan şagirdlərin İranın Bakıdakı Məktəbində təhsil almalarını qadağan etdi.
Bakı həmçinin sərhədyanı məntəqələrdə yaşayanların İran ilə Azərbaycan Respublikası və Naxçıvan arasında gediş-gəlişlərinin asanlaşdırılması üzrə müqavilələri birtərəfli surətdə ləğv etdi.
Bütün bu hallar göstərir ki, Bakı bütün səyini Azərbaycan Respublikası ilə İran arasında insan gediş-gəlişlərinin qarşısını almağa yönəldir.
Beləliklə demək olar ki, Bakı Azərbaycan Respublikası xalqını İrandan ayırmaq üçün kommunist Sovet İttifaqının dəmir divar və tikanlı məftilçəkmə siyasətini başqa formada həyata keçirir.
Bakı Azərbaycan Respublikasının müsəlman xalqının İran ilə hər cür əlaqə yolunun bağlanılmasındakı müvəffəqiyyətdən sonra digər əlaqə yolunu bağlamağı özünün iş gündəmində yerləşdirir.
Bakıya hakim kəsilmiş siyasət yürüdənlərin Azərbaycan Respublikası xalqının İran ilə insani gediş-gəlişi ilə olan bu ədavəti elə bir şəraitdədir ki, anormal qərb və sionist adət-ənənələrin mənfi cəhətlərinin hər il Azərbaycan Respublikasına sirayət yolları daha da artmaqdadır. Ötən illərdə Bakıda Avroviziya yarışının keçirilməsi və geylərin əlbəttə, uğursuz paradına hazırlığın görülməsi ilə səy göstərildi ki, Azərbaycan Respublikası qərb bayağılığının çirkablarının tökülməsi üzrə bir məkana çevrilsin və daha da İrandan uzaqlaşsın.
Hazırda da bir ildir ki, Rəsmi Bakı 2015-ci ildə ilk Avropa İdman Oyunlarına hazırlıq və Bakıda yenidənqurma layihələrinin icrası bəhanəsi ilə bu səhərdə və onun ətrafında yaşayan əhalinin evini yıxmaq siyasətini öz iş gündəminə daxil edib və çalışır ki, bu hərəkəti tam dinc şəraitdə həyata keçirsin və respublikanın yazıq xalqının evinin yıxılması barədə heç bir xəbər ölkə xaricinə sızmasın.
Elə buna görədir ki, Bakı İran ilə media əlaqəsi yollarını təzyiq altında qoyma siyasətini ciddi şəkildə öz iş gündəmində yerləşdiribdir.
Belə bir şəraitdə vaxtaşırı sionist rejim və Amerikanın başçıları və hətta Amerikanın əli altında yetişmiş Türkiyə nurçular firqəsinin başçısı- Fəthullah Gülənin Bakı rəsmilərinə Azərbaycan Respublikasının İranla əlaqələrinin genişlənməsinə mane olmaq barədə tövsiyələri ilə bağlı sözlər eşidilir!
Buna görə, Bakı rəsmilərinin İranla dostluq barədəki sözləri və Azərbaycan Respublikası ilə İran arasındakı əlaqələr səviyyəsinin yüksəldilməsi üzrə səylər Bakının özünün bu əlaqələri məhdudlaşdırmaq üzrə fəaliyyəti nəticəsində aşkar bir yalana çevrilibdir ki, xoşagəlməz təsirə malik olacaq.
Siyasi ekspertlərin qənaətincə, Azərbaycan Respublikası ilə İran arasındakı əlaqələri məhdudlaşdıran kəslər belə bir məsələyə diqqət yetirməyə məcburdurlar ki, bu respublikanın xalqı kommunistlərin yetmiş illik ayrılıqsalma siyasətindən sonra həmin ateistlər tərəfindən yaradılmış maneələr və tikanlı məftilləri elə darmadağın etdi ki, əbədiyyətə qədər onun bədnamlığı ayrılıq salan kommunistlərə qalacaq və ayrılıq törədən kommunistlərin yolunu gedənlər də özlərinin ateist və kommunist sələflərinin aqibətindən xoş bir aqibətə malik ola bilməzlər./Səhərtv/

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button