Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov İran İslam Respublikasına səfər edəcək.
Səfər martın doqquzunda baş tutacaqdır.Səfər əsnasında müxtəlif məsələlər, o sıradan Şimal-Cənub koridoru və Rəşt-Astara dəmiryolu layihələri barədə müzakirələr aparılacaq.Bu səfərdə ikitərəfli əlaqələrin genişləndirilməsi və regional məsələlər də nəzərdən keçiriləcəkdir.