ArxivXəbər lentiXəbərlər

Azərbaycan reytinqdə 90-cı yerdə qərarlaşıb

Bu ilin sonuna dünya əhalisinin sayı 7,6 milyard nəfəri ötəcək. Bu barədə Dünya Bankı (WB) məlumat yayıb.

Məlumatda deyilir ki, 2050-ci ildə planet əhalisi 9 mlrd. nəfərə çatacaq.

Ötən ilin sonuna olan məlumata görə, dünya əhalisi 7,4 mlrd. nəfər olub. Çin və Hindistan isə dünyanın ən çox əhalisi olan ölkələrdir – bu iki ölkə birlikdə planet əhalisinin 36,3%-i yaşayır: Çində 1378665000 nəfər (18,5%), Hindistanda isə 1324171000 nəfər (17,8%) yaşayır.

Siyahıda 3-cü yeri 4,3%-lə ABŞ tutur ki, onun da əhalisi 323127 000 nəfərdir.

Ümumilikdə, 216 dövlətin yer aldığı siyahıda Azərbaycan 9,762 milyon nəfərlə 90-cı yerdə qərarlaşıb. Bu isə dünya əhalisinin 0,13%-i deməkdir.(report)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button