ArxivXəbər lentiXəbərlər

Azərbaycan-Rusiya sərhədindəki sıxlığın səbəbi açıqlandı

Avqustun 24-dən etibarən Rusiya Federasiyası ilə sərhəddə yerləşən “Samur” gömrük-sərhəd keçid məntəqəsində fasilələrlə nisbi sıxlıqlar yaranır.

Dövlət Gömrük Komitəsindən Faktxeber.com-a verilən məlumata görə, sıxlıqların yaranmasına səbəb Azərbaycana səyahət edən Rusiya vətəndaşlarının ölkələrindəki orta ümumtəhsil məktəblərində dərs prosesinin sentyabrın 1-də başlaması ilə əlaqədar kütləvi şəkildə geri qayıtmasıdır. Belə ki, Rusiya tərəfdəki gömrük-sərhəd keçid məntəqəsinin buraxılış potensialından dəfələrlə artıq insanın kütləvi şəkildə sərhədi keçmək istəməsi qarşı tərəfdə problemlərin yaranmasına səbəb olur.

Hazırda “Samur” gömrük postu gücləndirilmiş iş rejimində fəaliyyət göstərir və yaranan problemlər qarşı tərəfin əlaqədar qurumları ilə aparılan intensiv danışıqlar nəticəsində qısa zaman kəsiyində aradan qaldırılır.

faktxeber.com

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button