ArxivIslammədəniyyatSONXƏBƏRLƏRXəbər lentiXəbərlər
Azərbaycan şəhidlərinin xatirəsinə rəmzi virtual məktublar hazırlanıb

“Ənsarullah313” profili tərəfindən hazırlanan məktublarda əziz Azərbaycan şəhidlərindən bir neçə nəfərin adları və fotoları yer alıb, hər şəhid fotosu üçün fərqli fon musiqiləri yüklənib.
Virtual məktubları hazırlanan şəhidlərin arasında ruhani Maarif Səfərov, Milli Qəhrəman Seyyid Mübariz İbrahimov, general Polad Həşimov, seyyid Zaur Cəfərov və digər şəhidlər yer alıb.
İstəyən hər kəs aşağıdakı linklərdən birinə daxil olaraq adı yazılan həmin şəhidə 10 salavat da hədiyyə edə bilər.
Qeyd edək ki, virtual məktublar “Digital Postal” platformasında hazırlanıb.