Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli iqtisadi koalisiyasının nəticələri-Ermənistanın sevmədiyi birlik

Rusiya və Türkiyənin xarici siyasət çərçivəsində hər gün Qafqazda öz nüfuzunu artırmaq ardınca olduğu bir vaxtda İran İslam Respublikası dünyanın bu həssas yerində gedən regional rəqabətdən geri qalmışdır.
Qafqaz Mədəniyyət Mərkəzi – Cənubi Qafqazda siyasi güc düzümü dəyişməkdədir. Azərbaycan-Gürcüstan-Türkiyə neft və qaz boru kəmərini mühafizə etmək üçün hərbi qüvvənin təşkil edilməsi mümkündür. Amerikanın Cənubi Qafqazdan əl çəkməsi ilə bu coğrafiyada regional rəqabətlərin meydana çıxmasına imkan yaranmışdır.
Yaranmış fürsətdən sonsuz faydalanan regional güc yalnız Türkiyədir. Halbuki, Rusiya və Ermənistan yaranmış vəziyyətdən çox narahatdır. İran isə yaranmış fürsətdən faydalanmaq üçün hələ heç bir müəyyən proqram açıqlamayıb.
Dünyada baş verən son hadisələr Cənubi Qafqazı regional və transregional güclərin özlərini sınağa çəkməsi ərsəsinə çevirib. Ötən əsrlərdən bu məntəqədə təsir qoymaq üçün xüsusi alətlərdən istifadə edən Rusiya ilə yanaşı İran da bu məntəqədə Rusiyanın mümkün rəqibi kimi özünü göstərə bilər.
Bu arada mövcud hadisələrə və dövlətlərin iqtisadi, ticarət, təbliğat nüfuzu kimi bir sıra siyasətlərin icrasına diqqət etməklə Türkiyənin şansı digər iki rəqibdən daha çoxdur.
Türkiyənin şanslı olmasının səbəbini onun iqtisadi faktorlar və region ölkələri ilə iqtisadi-ticarət əlaqəsi qurmağa üstünlük verən xarici siyasətində axtarmaq lazımdır. SSRİ-nin parçalanmasından sonra Türkiyə sürünən formada Orta Asiya və Qafqazın iki əsas ölkəsi olan Azərbaycan Respublikası və Gürcüstanla geniş ticarət əlaqələri qurmağa başladı.
24 mayda Gürcüstanın Batumi şəhərində baş tutan Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşündə Cənubi Qafqazda daha artıq regional təhlükəsizlik, sabitlik və sülhə nail olmaq əsas məqsəd kimi vurğulandı.
İclasdan sonra baş tutan mətbuat konfransında Gürcüstanın müdafiə naziri yaxın gələcəkdə üç ölkənin ortaq qərargahının yaradılacağını bildirdi. İclasın ilkin razılaşmasına əsasən, ordu qərargah rəislərinin görüşü payızda baş tutacaq, üç ölkənin birgə hərbi təlimləri isə cari ilin iyun ayında olacaq.
Hadisələr Cənubi Qafqazın yeni hərbi ittifaqa doğru hərəkət etdiyini göstərir. Bu hərbi koalisiya öz razılaşmasında hər hansı bir ölkə qarşısında dayanacağını göstərməsə də xatırlatmaq lazımıdır ki, bu hərbi koalisiya və Türkiyənin Qafqazda nüfuzunun artması məsələsi həm İrəvanda, həm də Moskvada bağlı qapılar arxasında araşdırılmaqdadır.
Rusiya mətbuatına istinadla demək olar ki, Ermənistan bu koalisiyaya görə çox narahatdır. Qafqazda sözügedən koalisiyanın uduzan tərəfi kimi İrəvan əlverişli siyasətlər seçməklə gələcəkdə bu iqtisadi layihənin ortağı, hətta formalaşmaqda olan hərbi ittifaqın bir hissəsi ola bilər.
Avropa ilə münasibətləri soyuyan və Amerikadan uzaqlaşan Türkiyə bir sıra iqtisadi və ticarət layihələri həyata keçirməklə Rusiyanın xüsusi nüfuzu olan Cənubi Qafqazda öz nüfuzunu artırmağa təlaş edir.
Lakin, təəssüfedici və heyrətləndirici hal İranın bu regional layihədə və formalaşmış ittifaqda rəngli rolunun olmamasıdır.
İran və Azərbaycan Respublikası, həmçinin İran və Türkiyə arasında ikitərəfli iqtisadi münasibətlər artmaqda olmasına baxmayaraq İranın iştirakı nə Azərbaycanda, nə Gürcüstanda və nə də Orta Asiyada lazım olan səviyyədə görünmür.