Xəbərlər

Azərbaycan, Türkiyə və İran XİN rəhbərlərinin üçtərəfli görüşləri

Azərbaycan, Türkiyə və İranın xarici işlər nazirlərinin növbəti görüşünün sonunda bəyannamə qəbul ediləcək. Görüşdən əvvəl üç ölkənin işçi qrupları həmin bəyannamənin hazırlanması üçün Türkiyədə iclas keçirəcəklər. Bu barədə məlumatı Trend-ə İranın Türkiyədəki səfiri Əlirza Bigdeli bildirib.

Ə.Bigdeli deyib ki, nazirlərin iclası artıq təcrübəli bir quruma çevrilib və öz yolunu davam etdirir: “Artıq üç ölkənin işçi qrupları təyin olunub, o cümlədən energetika, ticarət və iqtisadiyyat sahələrində işçi qrupları fəaliyyət göstərir və nazirlərin görüşündən öncə işçi qruplarının iclası keçiriləcək. Bu iclasda bəyannamə hazırlanacaq və xarici işlər nazirlərinin iclasında qəbul ediləcək”.

O, əlavə edib ki, İran və Türkiyənin xarici işlər nazirləri Məhəmməd Cavad Zərif və Əhməd Davudoğlu Türkiyənin Gümüşhanə vilayətində baş tutacaq iclasdan öncə dekabrın 19-da Pakistanda keçiriləcək “D-8” ölkələrinin iclası çərçivəsində də görüşəcəklər.

Qeyd edək ki, üç ölkənin xarici işlər nazirlərinin son üçtərəfli görüşü martda Naxçıvanda təşkil olunub və yekun bəyannamənin qəbul edilməsi ilə başa çatıb.

XİN başçılarının növbəti görüşünün dekabrın sonlarında keçirilməsi planlaşdırılır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button