Azərbaycan R-nin sabiq milli təhlükəsizlik nazirinin qəfil ölümü

Azərbaycan Respublikasının ANS telekanalı bu ölkənin kənarlaşdırılmış milli təhlükəsizlik naziri Eldar Mahmudovun qəfil ölümündən xəbər verib.
IRIB-nin məlumatına görə, Azrənyus saytı da Eldar Mahmudovun yaxınlaırına istinadla yazıb: Hər gün qorxu-stress içində yaşayan sabiq milli təhlükəsizlik naziri içki aludəçisinə çevrilmişdi və nəticədə ürəktutmasına düçar olub.
Eldar Mahmudov ötən ilin 17 oktyabrında Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən vəzifəsindən uzaqlaşdırıldı. O, ev dustağı olmuşdu. Mahmudovun kənarlaşdırılmasının ardınca bu nazirliyin bir sıra yüksək rütbəli rəsmisi də həbs olunmuşdu. Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin buraxılması ilə onun yerinə, Dövlət Təhlükəsizlik Xidməti təşkil və general Mədəd Quliyev Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin rəisi təyin olundu.