ArxivXəbər lentiXəbərlər
Azərbaycan və Ermənistan XİN başçıları Brüsseldə görüşəcəklər

Azərbaycan və Ermənistanın xarici işlər nazirləri bu gün Brüsseldə görüşüb, danışıqlar aparmalıdırlar.
İRİB-nin verdiyi məlumata görə, Minsk Qrupu həmsədrlərinin təklifi ilə bu gün yerli vaxtla saat 19-da baş tutacaq görüşdə Elmar Məmmədyarov və Edvard Nalbandyan Qarabağ sülh müzakirələrinin hazırkı durumunu araşdıracaqlar.
Bu görüş Azərbaycanın Füzuli rayonu, Alxanlı kəndində 2 mülki sakinin Ermənistan ordusu tərəfindən şəhid edilməsinin təsiri altında olacaq.