Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Zöhrab Mnatsakanyan bu gün Milanda görüşəcəklər.
Görüş sabah Milanda açılacaq ATƏT Xarici İşlər Nazirləri Şurasının 25-ci iclası çərçivəsində keçiriləcək.
Xatırladaq ki, dünən E.Məmmədyarov ATƏT XİNŞ iclasında iştirak etmək üçün İtaliyaya yola düşüb.
E.Məmmədyarov və Z.Mnatsakanyan arasındakı görüş ATƏT-in Minsk qrupunun həmsədrlərinin (İqor Popov – Rusiya, Stefan Viskonti – Fransa və Endryu Şefer – ABŞ) vasitəçiliyi ilə keçiriləcək. Görüşdə həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edəcək.
Görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi müzakirə olunacaq.