ArxivXəbər lentiXəbərlər
Azərbaycan və Ermənistan XİN başçılarının görüşünün vaxtı açıqlanıb

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan arasında keçiriləcək növbəti görüşün yeri və vaxtı açıqlanıb.
Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Anna Naqdalyan bildirib ki, XİN başçıları arasında növbəti görüş ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə yanvarın 29-30-da Cenevrədə baş tutacaq.