Ruhani: İran-Azərbaycan əlaqələri güclənib

İran İslam Respublikası prezidenti deyib: İranın Azərbaycan Respublikası ilə əlaqələri son illərdə genişlənmiş və iki ölkənin ticarət, qtisadi və siyasi münasibətləri keçmişdəki ilə müqayisədə güclənmişdir.
İran Prezident Aparatı portalının verdiyi məlumata görə, İran İslam Respublikası prezidenti Həsən Ruhani bazar günü Tehranı Bakı istiqamətində tərk etməzdən öncə jurnalistlərə verdiyi açıqlamada İran, Rusiya və Azərbaycanın şimal-cənub dəhlizi ilə əlaqədar iclasının keçirilməsinə toxunub və deyib: Bu üçtərəfli iclasdan öncə İran, Türkmənistan və Qazaxıstan prezidentləri arasında İnçəburunda və İran və Əfqanıstan prezidentləri və Hindistan baş naziri arasında üçtərəfli digər bir iclas baş tutdu. bu iclaslarda şimal-cənub dəhlizinin bərqərar olması və canlandırılması üzrə fikir mübadiləsi aparıldı.
İran prezidenti əlavə edib: Bakı iclasında Şərqi və şimali Avropa ölkələrinin Fars körfəzi, Hind oekanı və cənub ölkələrinə birləşməsinə səbəb olan İran, Azərbaycan və Rusiya dəmiryolunun əlaqəsi sahəsində danışıqlar aparılacaq.
İran İslam Respublikasının cənub ölkələrinin Mərkəzi Asiya və Qafqaza birləşmə nöqtəsində yerləşdiyini bəyan edən Ruhani deyib: Bakı iclasında Astara-Rəşt dəmiryolunun çəkilməsi sahəsində üçtərəfli əməkdaşlıqlar barəsində danışıqlar aparılacaq və cari ilin sonuna qədər Astara-Astara dəmiryolu çəkiləcək və Bakı bu sahədə iştirak etməyə hazırdır.
İran İslam Respublikası prezidenti İranın Azərbaycan və Rusiya arasında gömrük rüsumunun azaldılması, Avrasiya Birliyinə üzv ölkələrlə azad ticarəti, Azərbaycanda avtomobilqayırma və əczaçılıq sahəsində iştirakı, İran və Azrəbaycan arasnda ticarət və investisiyanın genişləndirilməsi və regional əməkdaşlıqlar, terrorizmlə mübarizə və Xəzər dənizində üç ölkənin əməkdaşlığını üçtərəfli Bakı iclasının mehvərlərindən adlandırıb.