ArxivXəbər lentiXəbərlər
Azərbaycan və Gürcüstan prezidentləri Birgə Bəyannamə imzalayıblar

Dövlət başçıları naharda çıxış ediblər
Noyabrın 5-də Prezident İlham Əliyev və Prezident Giorgi Marqvelaşvili Azərbaycan Respublikası ilə Gürcüstan arasında Birgə Bəyannamə imzalayıblar.
İnterAz-ın məlumatına görə, sənəd Azərbaycan və Gürcüstan prezidentləri arasında geniş tərkibdə görüş başa çatdıqdan sonra imzalanıb.
Daha sonra Tbilisidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili mətbuata bəyanatlarla çıxış ediblər.
Eyni zamanda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə Gürcüstan Prezidenti Giorgi Marqvelaşvilinin adından rəsmi nahar verilib.
Dövlət başçıları naharda çıxış ediblər.
