Rusiya təkzib etdi: “Türk əsgərlərini biz öldürməmişik”

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, müdafiə naziri “Türkiyə əsgərini biz öldürməmişik” deyə, yayılan informasiyanı təkzib edib. S.Şoyqu Türkiyəli əsgərlərin öldürüldüyü zaman Rusiya Hərbi Qüvvələrinin bölgədə əməliyyat aparmadığını, türk əsgərinin Əsəd rejimi tərəfindən vurulduğunu söyləyib.
Türkiyə mətbuatı və sosial şəbəkə istifadçiləri rusiyalı nazirin açıqlamasında ironiya olduğunu və lağlağı etdiyini iddia ediblər.
Nazir onu da qeyd edib ki, Rusiya həmçinin türk hərbçilərinin yaralanması ilə bağlı xəbərləri eşitdikdən sonra Suriya tərəfin atəşkəs elan etməsi üçün addım atıblar. Türk hərbçiləri lazım olmayan yerdə olduqları üçün vurulub: “Rusiya Müdafiə Nazirliyinə Türkiyənin əsgərlərinin Suriyada olduğu mövqe ilə bağlı məlumat verilməyib. Yəni türk əsgəri o nöqtədə olmamalı idi”.