Azərbaycan və İran arasında media savaşının aspektlərinə baxış – Təhlil

İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan Respublikası İran İslam Respublikasına qarşı media savaşına qalxdı və ötən günlərdə onun daha da şiddətləndiyini və pik həddə çatdığını gördük.
Qafqaz Həqiqətləri – Azərbaycan Respublikasının mediası panazərizmdən danışır və Qarabağı öz torpaqları bildikləri kimi Təbrizi də (Şərqi Azərbaycanı) özlərininki hesab edirdi.
Panazərizm Azərbaycan Respublikasının ondan istifadə etməklə Azərbaycan Respublikası ilə İranın azəri bölgələrini birləşdirərək böyük Azərbaycan yaratmaq üçün istifadə etməyə çalışdığı iddiadır. Bununla əlaqədar və Bakının İrana qarşı media savaşından sonra, əvvəllər milli təhlükəsizlik zabiti olmuş Bakının media təhlükəsizliyi üzrə müşaviri deyib: “İran ərazisində xüsusi əməliyyat keçirə bilərlər.”
Bu iddialar elə bir şəraitdə baş tutur ki, İran İslam Respublikası Qarabağı İslam torpağı adlandırmaqdan və onun azad olunmasının vacibliyini vurğulamaqdan əlavə, birinci Qarabağ müharibəsində və ermənilərin hücumu zamanı əməli şəkildə Azərbaycanın yanında olmuşdur, müharibə köçkünlərinə çoxlu yardımlar etmişdir, işğal edilmiş ərazilərin azad olunmasını və müsəlmanların öz yurdlarına qayıtmasını təbrik etmişdir.
Bakının xarici siyasəti aqressiv realizmə əsaslanır
Azərbaycan Respublikasının son illər xarici siyasətini beynəlxalq münasibətlərə hakim anarxiya şəraitində ayaqda qalmağa və öz gücünü maksimum dərəcədə artırmağa çalışan “aqressiv realizm” əsasında qiymətləndirmək olar.
Bildirilir ki, Azərbaycanın məqsədi etnik mənsubiyyət, kimlik və ortaq dil məsələlərindən istifadə edərək İran və onun azəri bölgələri sərhədləri daxilində gərginlik və münaqişə yaratmaq, İranı daxili problemlərlə məşğul etməkdir. Mediada İranın bölünməsi və İranın Azərbaycan bölgələrinin ayrılmasından, böyük Azərbaycanın yaradılmasından danışmalarına baxmayaraq, indiki zamanda Azərbaycan Respublikasının təkbaşına, hətta sionist rejimin, Türkiyə və qərbin birbaşa və dolayısı ilə dəstəyi ilə bunu edə biləcəyini təsəvvür etmək çətindir. Amma beynəlxalq vəziyyəti və regional aktorların zəifləməsini və güclənməsini nəzərə alsaq, gələcəkdə bu, onların məqsədlərindən biri ola blməsi mümkündür. Görünür, Bakının İrana qarşı başlatdığı və hər gün artan media müharibəsi İrana təzyiq etmək üçündür və bu yolla İranın qısa müddətdə Zəngəzur dəhlizinin yaradılması ilə bağlı razılığını əldə edə bilmək, yaxud iki ölkə arasında gərginlik və böhran artarsa və onlar müharibəyə girərsə, İran azərilərinin hisslərindən mümkün qədər mərkəzi hakimiyyətə qarşı istifadə edə bilmək məqsədi güdür.
Zəngəzur dəhlizi və milli maraqlar
Ermənistanın Sünik əyaləti ərazisindən Zəngəzur dəhlizinin yaradılması Bakını Naxçıvanla birləşdirəcək. Bu yolla Bakı Türkiyəyə və Xəzər dənizi və Türkmənistanın Türkmənbaşı limanı vasitəsilə birləşə, mühüm və iqtisadi layihəyə, daha doğrusu, “Bir kəmər Bir Yol”a çıxış əldə edə biləcək. Beləliklə, İrandan keçməli olan İpək Yolu öz ilkin və tarixi marşrutundan kənara çıxıb, İrandan yan keçir.
Yuxarıda qeyd olunanlara diqqət etməklə, belə görünür ki, İran Cənubi Qafqaz regionunda oyun kartları və aktiv fəaliyyət ardınca olmalıdır, beləliklə, o regionda həm maksimum milli maraqlar izləyə bilsin, həm də sərhədlərini və onunla bağlı beynəlxalq sərhədləri gələcək geosiyasi dəyişikliklərin mümkün təhlükələrindən amanda saxlaya bilsin. “İnkişaf olmadan təhlükəsizlik, təhlükəsizlik olmadan inkişaf qeyri-sabit olacaq” prinsipini nəzərə almaqla, ölkədə lazımi infrastruktur yaradılmalıdır. Məsələn, “Şimal-Cənub Dəhlizi” dəmir yolu xətti tamamlanmalıdır, təəssüf ki, uzun müddətdir ki, bu işdə o qədər də irəliləyiş yoxdur.
Ölkələr, regional və beynəlxalq ən mühüm aktorlar kimi milli maraqların ardıncadırlar və bu yolla nisbi güc əldə etməyə və onu mümkün qədər artırmağa çalışırlar. Bu şərtlərlə oyun sıfırların toplanması ilə hasil olur. Yəni, öz nisbi gücünü artırmağa çalışan hər bir ölkə cəlb olunan digər ölkələrin milli maraqlarını və nisbi gücünü zorla azaldacaq. Azərbaycan Respublikası Zəngəzur dəhlizini yaratmaq, onunla öz milli maraqlarını və iqtisadi məqsədlərini, həmçinin Türkiyə ilə əlaqə yaratmaq, eləcə də Türkiyə ilə Mərkəzi Asiya arasında vasitə olmağa çalışır. Ümumiyyətlə, türk dünyasını reallaşdırmaq üçün ciddi tədbirlər görüb və bunu başa çatdırmaq üçün öz siyasətini tənzimləyir. Bu baxımdan İran İslam Respublikası ilə yanaşı, Ermənistanı da öz məqsəd və planlarının əsas rəqibi kimi görür və onların Zəngəzur dəhlizinin yaradılmasına razılıq vermələri üçün bütün gücü ilə səy edir.
Azərbaycanın Ermənistan qarşısında siyasəti
Azərbaycan Respublikası Ermənistan üzərində hərbi üstünlüyünə görə, xüsusən də ikinci Qarabağ müharibəsində qələbə çaldıqdan sonra və aktiv diplomatik sistemindən istifadə etməklə Ermənistanı ringin küncündə sıxışdırıb və ondan yüksək gücə malikdir. Belə görünürk ki, Azərbaycan tərəfi Sünik əyalətini işğal edəcəyi ilə bağlı Ermənistana qarşı ara-sıra hədə-qorxu gəlməklə bu ölkədən zorla razılıq almağı hədəfləyib. Yəni, bu ölkəni Sünik əyalətini ələ keçirmək və Ermənistanın İranla sərhədlərini kəsməklə hədələyir. (Birinci Qarabağ müharibəsindən bəri Ermənistanla Türkiyə arasında münasibətlər pozulmuşdur) Belə ki, həmin ölkə Zəngəzur dəhlizinin yaradılmasına razılıq verməklə, minimum ziyanla çıxsın və onun tikintisinə qarşı çıxmasın.
Bu yaxınlarda Brüsseldə Azərbaycan prezidenti Əliyev, Ermənistanın baş naziri Paşinyan və Avropa İttifaqının nümayəndəsi Şarl Mişel arasında Azərbaycan və Ermənistan liderlərinin illər sonra əl sıxmasına səbəb olan üçtərəfli görüşündən sonra gələcəkdə sülhün bərqərar olacağı bəyan edildi və nəqliyyat məsələlərinə aid prosesin davam etdirilməsi də sürətləndi. Belə görünür ki, Paşinyan sentyabrın 7-də Vladivostokda etdiyi çıxışda Əliyevə Zəngəzur dəhlizinin yaradılması üçün yaşıl işıq yandırdı. Paşinyan Zəngəzur dəhlizini qlobal nöqteyi-nəzərdən yeni beynəlxalq ticarət yollarının açılması üçün fürsət adlandırıb və onun yaradılmasında çox maraqlı olduğunu, Rusiyanın dəstəyi ilə yaxın gələcəkdə baş tutacağını ifadə edib.
İkinci Qarabağ müharibəsindən sonra Sünikin işğal təhlükəsi azərilər tərəfindən Domokles qılıncı kimi ermənilərin başına qoyuldu və sanki onlar Zəngəzur dəhlizini yaratmağa razılaşana qədər bu, başlarının üstündə qalacaq.
Azərbaycan Respublikası artıq Zəngəzur dəhlizi kimi tanınan Bakı-Naxçıvan yolunun tikintisinə başlayıb və hazırda Ermənistanın Sünik bölgəsinin sərhədləri yaxınlığında, Zəngəzurun şərqində yerləşən Cəbrayıl rayonuna çatdırıb. Buna diqqət etməklə, Azərbaycan Respublikası regional və transregional dəstəklərlə öz məqsədinə çatmağda uğur qazanmışdır. Zəngəzur dəhlizinin yaradılmasına uyğun olaraq belə görünür ki, Rusiyanın bu dəhlizə müsbət yanaşması və ehtiyacı olduğu üçün gələcəkdə Ermənistanla da razılıq əldə olunacaq.
Məhdi Feyzullahi, Yaxın Şərq məsələləri üzrə ekspert