ArxivIslamSosialXəbər lentiXəbərlər
“Azərbaycan və İran münasibətlərinə kölgə salmaq istəyən qüvvələr var”

Azərbaycan və İran arasında münasibətlərə kölgə salmaq istəyən qüvvələr var. Biz çalışırıq ki, o qüvvələrə mane olaq”.
Bunu Qafqaz Müsəlmanları idarəsinin (QMİ) sədri Allahşükür Paşazadə İranın İslami əlaqələr və Mədəniyyət təşkilatının sədri Abuzər İbrahimi Türkmanla görüşündə deyib.
O bildirib ki, Azərbaycan və İran arasında münasibətlər yüksək səviyyədə inkişaf edir: “Bu yaxınlarda Prezident İlham Əliyevin İrana səfəri bunu bir daha sübuta yetirdi. Bu, qardaşlığın və dostluğun göstəricisidir”.
Abuzər İbrahimi Türkman Azərbaycanla İran arasında olan əlaqələrin qədim tarixə söykəndiyini diqqətə çatdırıb. O qeyd edib ki, iki ölkə arasında münasibətlər inkişaf edir: “Azərbaycan və İran arasındakı münasibətlərə mane olmaq istəyən qüvvələr istəsə də buna nail ola bilməzlər”.