ArxivXəbər lentiXəbərlər

Azərbaycan və İranın yüksək rütbəli vəzifəlilərinin görüşü olub (Foto)

Azərbaycan və İran nümayəndə heyətlərinin görüşü oktyabrın 10-da Astarada (Iran Islam Respubublikası) baş tutub.

 Bu haqda İslamazeri.az-a İqtisadiyyatSənaye nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Azərbaycan Rspublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədrləri – iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev və İranın rabitə və yüksək texnologiyalar naziri Mahmud Vaezinin iştirakı ilə keçirilmiş görüşdə Azərbaycan tərəfdən Xarici İşıər və Nəqliyyat nazirliklərinin, Dövlət Gömrük Komitəsinin, DövlətSərhəd Xidmətinin, “Azərbaycan Dəmir Yolları” QSC-nin, İran tərəfdən isə müvafiq qurumların yüksək vəzifəli nümayəndələri, habelə sərhədyanı bölgələrin rəhbərləri iştirak ediblər.
Görüşdən əvvəl Azərbaycanİran nümayəndə heyətləri Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin bir hissəsinə baxış keçirib.
iran-astara-10-10-2015-2

Sonra Astarada (İİR) davam etdirilən Azərbaycanİran nümayəndə heyətlərinin görüşündə İqtisadiyyatSənaye naziri Şahin Mustafayev dövlət başçılarının siyasi iradəsinə uyğun olaraq, iqtisadi əlaqələrimizin inkişaf etdiyini vurğulayıb.

Nazirin sözlərinə görə, dünən və bu gün keçirilən görüşlərdə müzakirə olunan məsələlər üzrə əsasən razılığa gəlinib.

Şahin Mustafayev Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin qarşılıqlı əməkdaşlığın inkişafında xüsusi önəmini qeyd edərək nəqliyyat dəhlizinin daşımaların dəfələrlə artmasına imkan yaradacağını diqqətə çatdırıb.
Görüşdə Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi ilə bağlı görülən işlər ətraflı müzakirə edilmiş, Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı dəmir yolu xətlərinin əlaqələndirilməsi, Azərbaycanİran sərhədində müvafiq infrastrukturun yaradılması istiqamətində tədbirlərin müzakirə edilməsi məqsədi ilə yaradılmış işçi qrupun hazırladığı təkliflər (Azərbaycanİran ərazilərində sərhədyanı dəmir yolu xətlərinin çəkilməsi, sərhəd körpüsünün bigə tikintisi, habelə yükaşırma terminalının inşası) üzrə sənədlərin yaxın zamanlarda hazırlanması barədə razılığa gəlinib.
iran-astara-10-10-2015-3

İranın rabitə və yüksək texnologiyalar naziri Mahmud Vaezi Ordubad-Marazad elektrik stansiyasının tikintisi müqaviləsinin yaxın vaxtlarda ratifikasiya olunacağını, Qız qalası-Xudafərin elektrik stansiyası barədə sənədin imzalanmasına dəstək göstəriləcəyini bildirib.
Bundan başqa, görüşdə Azərbaycan Rspublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının Tehranda keçiriləcək növbəti iclasındaAzərbaycanİranın Xəzər limanlarının, gəmiçilik şirkətlərinin iştirakı və əməkdaşlığın genişləndirilməsinə dair müzakirələrin aparılması razılaşdırılıb.
Görüşün sonunda Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında İqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyası çərçivəsində Şimal-Cənub dəmir tolu bağlantısı üzrə işçi qrupunun iclasının protokolu imzalanıb.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button