ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər
Azərbaycanda Rusiyaya dəstək aksiyası: “Donbas uşaqlarına kömək et”

Azərbaycanda “Donbas uşaqlarına kömək et” humanitar aksiyası keçiriləcək.
Aksiyanın təşəbbüskarı Kazak İcmasıdır.
Bu barədə Rusiyanın Azərbaycandakı səfirliyinin “X” (Twitter) hesabında məlumat yayılıb.
Bildirilir ki, “Donbas Uşaqlarına Yardım” humanitar aksiyası çərçivəsində Azərbaycandan 1211 hədiyyə Ukraynanın işğal altındakı Kremen vilayətində (Kremennaya) uşaqlara çatdırılacaq.

Siyasi şərhçi Rauf Mirqədirov məsələni müqayisəli şərh etməyi vacib sayır:
“Təsəvvür edin ki, Ermənistanın Ukraynadakı səfirliyi Qarabağdakı erməni icmasına yardım edir, əlbəttə, rəsmi Bakı kəskin və qeyri-pozitiv yanaşma sərgiləyərdi. Söhbət yalnız humanitar yardımdan getmir, insanların humanitar ehtiyaclarını təmin etmək lazımdırsa, bunu beynəlxalq təşkilatlar vasitəsilə də etmək olardı. Məsələ ondadır ki, Rusiyanın işğal altında saxladığı ərazilərə elə Kremlin özü cavabdehdir. Dünyaya meydan oxuyan Rusiya humanitar vəziyyəti də aradan qaldıra bilər”.
