ArxivXəbər lentiXəbərlər

Azərbaycan və Rusiyanın ruhani idarələri arasında əməkdaşlıq sazişi imzalanıb

llahşükür Paşazadə cümə axşamı Sankt-Peterburq və Rusiyanın Şimal-Qərb regionu Müsəlmanlarının Ruhani İdarəsinin müftisi ilə saziş imzalayıb

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxulislam Allahşükür Paşazadə cümə axşamı Sankt-Peterburq və Rusiyanın Şimal-Qərb regionu Müsəlmanlarının Ruhani İdarəsinin müftisi Ravil-Həzrət Pançeyev arasında konfessiyalararası sülhün yayılmasında təcrübə mübadiləsi və əməkdaşlıq haqqında saziş imzalayıblar.

“Report” TASS-a istinadən xəbər verir ki, saziş kitab nəşri, təcrübə və nümayəndə heyətlərinin mübadiləsi, birgə konfransların keçirilməsini nəzərdə tutulur.

Sənəd “Rusiya-Azərbaycan: “sülh, təhlükəsizlik və əməkdaşlıq naminə dinlərarası dialoq və islam həmrəyliyi” adlı beynəlxalq elmi-dini konfrasnda imzlanıb.

Konfransda həmçinin “dindən siyasi məqsədlər üçün istifadə etmək cəhdləri, dini dözümsüzlüyün hər cür təzahürləri, həmçinin hər hansı bir ibadət obyektinə qarşı vandalizm aktlarını” pisləyən kommünike qəbul edilib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button