ArxivXəbər lentiXəbərlər
Azərbaycan və Türkiyənin XİN rəhbərləri arasında telefon danışığı olub

Xarici İşlər naziri Elmar Məmmədyarovun Türkiyənin Xarici İşlər naziri Mevlüt Çavuşoğlu ilə telefon söhbəti olub.
Xarici İşlər Nazirliyindən FaktXəbər-ə verilən məlumata görə, Elmar Məmmədyarov həmkarı Mevlüt Çavuşoğlunun Azərbaycanın 28 May Respublika Günü münasibətilə səmimi təbriklərini qəbul edib.
Tərəflər habelə bir-birlərini Ramazan bayramı münasibətilə təbrik ediblər və ən xoş arzularını ifadə ediblər.
Nazirlər həmçinin iki ölkə arasındakı dostluq və qardaşlıq əlaqələrinin uğurla inkişafı ətrafında fikir mübadiləsi aparıblar.