Azərbaycanda bu ilin 7 ayı ərzində ixracat 43%-dən çox azalıb.
Azərbaycan Gömrük İdarəsinin rəsmi saytından əldə edilmiş məlumata əsasən, bu ilin 7 ayı ərzində Azərbaycandan 7 milyard 472 mlyon dollar dəyərində məhsul ixrac olunub ki, 2014 ci lin müvafiq dövrü ilə müqayisədə 43% azalmaya malikdir.
Qeyd edək ki, 2014 ci ilin 7 ayı ərzində Azərbaycandan 13 milyard 249 mlyon dollar dəyərində məhsul ixrac olunub.
Azərbaycanın əsas ixrac etdiyi neft və neft məhsulları ixracatın 78.47% təşkil edir. Bu da ötən ilə nisbətən 51.70% azalmaya malikdir.
Azərbaycan gömrüyünün rəsmi saytının bildirdiyinə əsasən, Azərbaycanın ümumilikdə 86.79% ixracatını xam neft, neft məhsulları və təbii qaz təşkil edir və dünyada neft bazarında neftin qiymətinin aşağı düşməsi Azərbaycan ixracatının əsas dəlillərindən biridir.
Qeyd edək ki, Azərbaycan ixracatının 13.22% ni başqa məhsullar təşkil edir.
Azərbaycanın iqtisadiyatı neft və neft məhsullarına bağlıdır. Ona görə, dünyada neftin qiymətinin aşağı düşməsi Azərbaycan iqtisadiyatna tez təsir göstərir.
Həmçinin Azərbaycan gömrüyünün rəsmi saytının bildirdiyinə əsasən, Azərbaycana məhsulların idxalı 8.61% artıb.
Bu məlumata əsasən, bu ilin 7 ayında Azərbaycana 5 milyard 305 milon dollar dəyərində məhsul daxil olub ki, ötən il müvafiq dövründə bu rəqəm, 4 mliyard 885 milyon dollar idi.
Azərbaycana gətirilən əsas məhsulları sira ilə qeyd etsək, bunlara işarə etmək olar: Maşın avadanlığı, elektirik avadanlıqları 22.02%, nəqliyyat vasitələri 18.70%, qara metallar və onlardan hazırlanan məmulatlar 17.23% və yeyinti məhsulları 11.18%.
Xarici iqtisadi əlaqələrin, o cümlədən idxalat və ixracatın yarısından çoxu uzaq xarici dövlətlərin payına düşür.
Bu ölkələr arasında İran, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Almaniya, İngiltərə, ABŞ, İsveç, Isveçrə, İtaliya, Fransa və sair ölkələr dururlar.
Azərbaycandan xarici ölkələrə göndərilən məhsulların ümumilikdə 86.79%-ni neft və neft məhsulları təşkil edir.
Azərbaycandan həmçinin xalça, elektrik mühərrikləri, kimya sənayesi məhsulları ixrac olunur.
Ölkəyə un, buğda, şəkər və şəkər tozu, yağ, ət, düyü, kartof, çay, parça, paltar, mebel, cihazlar, maşın və avadanlıq gətirilir.
Azərbaycanın xarici ticarət dövriyyəsinin, o cümlədən idxalat və ixracatın 30-40%-i MDB ölkələrinin payına düşür. Bu ölkələr sırasında Rusiya, Gürcüstan, Ukrayna, Qazaxıstan, Türkmənistan və Belarus öndə gedirlər.