Almaniyanın paytaxtı Berlin şəhərində siyasi mühacirlər Parlamentin (red- Bundestaq) qarşısında Müsəlman Birliyi Hərəkatının sədri hacı Tale Bağırzadə olmaqla siyasi məhbusların qanunsuz həbsinə etiraz olaraq oturaq aksiya keçirir.
Oturaq aksiyada iştirak edən fəallar Rakurs.tv-yə bildirib ki, Almaniya Parlamentindən və hökumətindən Azərbaycandakı siyasi məhbuslar məsələsinin daha çox gündəmə gətirməsi tələb olunur.
Təşkilatçılar Ələmdar Binyatov və Emin Qurbanov oturaq aksiyanın 5 gün üçün tutulduğunu və artırıla biləcəyini də istisna etmir.
