Azərbaycan xarici təşkilata 5 milyon dollar yardım ayırdı:”Amma indiki durumda əhalinin bu çətin vəziyyətində……”

“ABŞ Ümumdünya Səhiyyə Təşkilatına yardımları dayandırır və bu təşkilat pandemiyanın vaxtında elan etməyərək, Çinlə əməkdaşlıq edib dünyanı bu çətin bəla ilə üz-üzə qoyub. Bu beynəlxalq təşkilat Çinin bir təşkilatı kimi xaraketerizə olunur. Bu qrumun sədri Efiopiyalıdı və Çinin tam dəstəyi ilə bura seçilib və bu ölkədən aslıdır”. Hurriyyet.org xəbər verir ki, bu barədə Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə qeyd edib.
“Çinin maraqlarından çıxış edən ÜST yardım ayırmaq lazım deyildi”
Əsədullazadə vurğulayıb ki, ÜST beynəlxalq təşkilat kimi üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədi: “Azərbaycanın bu təşkilata 5 milyon dollar yardım ayırması batan gəmiyə pul qoymaqdır. Ümumiyyətlə, bu vəsait ölkəmizdə pandemiyaya görə əhaliyə verilən vəsaitə yönləndirilməli idi. Yoxsa öz legtimliyini şübhə altına alan, Çinin maraqlarından çıxış edən ÜST yardım ayırmaq lazım deyildi”.
M. Əsədullazadə hesab edir ki, yardım ayırmaq ölkəmiz üçün vacib beynəlxalq siyasətdir: “Amma indiki durumda əhalinin bu çətin vəziyyətində bizə yaraşmır hər hansı bir ölkəyə, ya beynəlxalq təşkilata yardım ayıraq. Bu yardımlar Afrikada və latın Amerikasında kasıb ölkələrə ayrılacaq. Azərbaycanda günün çörəyinə möhtac olan minlərlə ailələr var. Məhz yardım kampaniyasında nə qədər acınacaqlı vəziyyətdə yaşayan vətəndaşlarımızın şahidi olduq. Bu vəsait onların idi”. (hurriyyet.org)